Neftin qiyməti ucuzlaşır
Dolların qalxması dünya bazarına təsirsiz ötüşməyib. SİA-nın məlumatına görə, investorların bazarda dolların kursunu düzəltmələri neftin qiymətində ucuzlaşmaya səbəb olub. London əmtəə birjasında ICE Futures-də Brent Crude Oil markalı neftin dekabr fyuçerslərinə olan qiyməti 83,59 dollardan 83,15 dollara düşüb. Nyu-York əmtəə birjası NYMEX-də isə Light Sweet Crude Oil markalı neftin dekabr fyuçerslərinə olan qiyməti 82,18 dollardan 81,43 dollara enib. Onu da qeyd edək ki, OPEK-də vəziyyət tamam tərsinə olub. Dünya bazarında neftin qiyməti düşməsinə baxmayaraq OPEC-də neftin qiyməti 79,19 dollardan 79,92 dollara qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə