Azərbaycan yaşayış üçün ən ucuz ölkələr siyahısında

GOBankingRates nəşri dünyanın yaşamaq üçün ən əlverişli 50 ölkəsinin növbəti siyahısını açıqlayıb. Azərbaycan həmin ölkələrin siyahısında 35-ci yerdə qərarlaşıb.vurtualaz.org

Nəşr bildirir ki, yaşayış üçün əlverişlilik reytinqi dörd əsas amil - yerli alıcılıq qabiliyyətinin gücü, kirayə, ərzaq, istehlak və restoran qiymətlərinin indeksləri Nyu-Yorkla müqayisə əsasında tərtib edilib.

Nəşr vurğulayır ki, Azərbaycan iqtisadiyyatının əsas qüvvəsi neft və neft məhsulları da daxil olmaqla təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da qeyd olunur. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkla müqayisədə 70% ucuz başa gəlir.

Bu gün yaşayış üçün ən ucuz ölkə Hindistandır. Ardınca reytinqdə Səudiyyə Ərəbistanı və Pakistan qərarlaşıb.

Siyahıda Ermənistan 34-cü, Gürcüstan 16-cı, Türkiyə 26-cı, İran 23-cü olub. Rusiya 50 ölkədən ibarət reytinqə düşməyib.

Vurtualaz.org bildirir ki,

Bütün xəbərlər Facebook səhifəmizdə