Ayrı-seçkilik hamımız üçün zərərlidir

Ayrı-seçkilik hamımız üçün zərərlidir

"Gender bərabərliyinin əldə olunması, qadınlara səlahiyyətlər verilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan haqları sahəsində ən böyük problemdir”. SİA-nın xəbərinə görə, bunu BMT baş katibi Antonio Qutyerres 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara müraciətində deyib.

Qadın hüquqlarının müdafiəsi sahəsində irəliləyişlər olduğunu qeyd edən A.Qutyerres bildirib ki, məktəblərdə qızların sayı tarix boyu ən yüksək səviyyəyə çatıb: “Ödənişli işlərdə çalışan, özəl sektorda, elm və təhsil sahəsində, siyasət sahəsində, eləcə də beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəhbər vəzifələr tutan qadınların sayı artıb. Gender bərabərliyi saysız-hesabsız qanunlarda öz əksini tapır. Qadın cinsi orqanlarının zədələnməsi və uşaq nikahları kimi zərərli təcrübələr bir çox ölkələrdə qadağan edilib. Gender bərabərsizliyi və ayrı-seçkilik isə bizim hamımız üçün zərərlidir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə