MİDA gələcəkdə sosial evlərin inşası ilə də məşğul ola bilər

MİDA gələcəkdə sosial evlərin inşası ilə də məşğul ola bilər

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik-publika hüquqi şəxs Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununa dəyişiklik edib. SİA-nın məlumatına görə, dəyişikliklər barədə Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, 2016-ci ildə prezidentin müvafiq fərmanı ilə prezident yanında Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yanında publik hüquqi şəxs qurumu yaradılıb: “Ancaq bu təşkilat müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum kimi qeyd edilir. Biz təklif edirik ki, sonuncu cümlə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Şəhərsalma və Tikinti Məcəlləsində salınsın. Mənzil İnşaat Dövlət Agentliyi gələcəkdə sosial evlərin inşaası ilə məşğul olacaq və bu ölkəmiz üçün olduqca əhəmiyyətlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə