Neftin qiyməti bahalaşmaqda davam edir

Neftin qiyməti bahalaşmaqda davam edir
Bu gün dünya bazarındakı "qara qızıl"ın qiymətlərində yenidən artım müşahidə olunub. Dünya ekspertləri neftin qiyməyindəki artımın dollarin evroya nisbətən dəyərdən düşməsi ilə əlaqələndirirlər. SİA-nın məlumatına görə, Nyu-York əmtəə birjası NYMEX-də dekabr fyuçerslərinə görə WTI markalı neftin qiyməti 0,24 artaraq 82,18 dollar olub. London əmtəə birjası ICE Futures-də Brent Crude Oil markalı neftin dekabr fyuçerslərinə olan qiyməti isə 0,36 dollar artaraq 83,59 dollar təşkil edib.
Onu da qeyd edək ki, Russian Export Blend Crude Oil (REBCO) 81,94 dollar, РТС FORTS isə 81,59 dollar olaraq müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə