SOCAR adı ilə Gürcüstanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 53 oldu

SOCAR adı ilə Gürcüstanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 53 oldu
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq SOCAR Energy Georgia şirkətinin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC qonşu ölkə ərazisində muasir standartlara cavab verən daha 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla da artıq SOCAR Energy Georgia MMC-nin 53 yanacaqdoldurma məntəqəsi Gürcüstan əhalisinə yüksək keyfiyyətli xidmət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə