İqtisadi artım 4,4% təşkil edib

Bu ilin yanvar ayında Gürcüstanda ÜDM-in artım tempi 4,4% təşkil edib. Ötən ay inflyasiya 0,6% olub.

Ötən ayın digər əsas iqtisadi göstəricilərinə gəlincə, sənaye məhsullarının istehsal qiymətləri ötən ilin dekabr ayı ilə müqayisədə 1,6% artıb.

Yanvar ayında qonşu ölkənin xarici ticarət dövriyyəsinin həcmi 816,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 20,2% çoxdur.

Gürcüstanda ötən ay 3 784 müəssisə qeydiyyatdan keçib. Bu da ötən ilin yanvar ayına nisbətdə 4,4% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 966,5 mln. lari, xərcləri isə 681,9 mln. lari təşkil edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə