Elektrik enerjisində ümumi ödəniş 97 faizə yaxın olub

Elektrik enerjisində ümumi ödəniş 97 faizə yaxın olub
Qusar paylayıcı elektrik şəbəkəsində cari ilin sentyabr ayında müəssisə üzrə 2,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumatda belə deyilir. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin 95 faizə yaxın hissəsi ödənilib. Bu da ötən ilin eyni dövründəki ödənişlə müqayisədə 10,3 faiz artım deməkdir. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 1,6 milyon kilovatsaatdan artıq olub. Bu da ötən ilin eyni dövründəki istehlakdan 14 faizə yaxın azdır. Ödəniş isə ötən ilin eyni dövründəki ödənişdən mütləq 8 faizdən çox artaraq 94 faizə yaxın olub. Qeyd edək ki, cari ilin ötən 9 ayı ərzində müəssisə üzrə 25,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ödəniş isə 85 faiz olub. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 25,3 milyon kilovatsaata və 84 faizə yaxın olub. Nəticədə ödənişdə mütləq artım 2,4 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 16,8 milyon kilovatsaatdan artıq, ödəniş isə 81 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 16,7 milyon kilovatsaatdan artıq, 78 faizə yaxın olub. Nəticədə ödənişdə mütləq artım 4,2 faiz olaraq qeydə alınıb. Siyəzən paylayıcı elektrik şəbəkəsində isə cari ilin sentyabr ayında müəssisənin xidmət ərazisində 6,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ödəniş isə 97 faizə yaxın olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 418 min kilovatsaat azalıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 1,3 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin eyni dövründəki ödənişdən mütləq 17 faiz artaraq 85 faizdən artıq qeydə alınıb. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 9 ayı ərzində müəssisə üzrə 68,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib və ödəniş isə 90 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 19,1 milyon kilovatsaatdan artıq, ödəniş isə 57 faizdən artıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə