İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, SKMF Qax rayonunda işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qax rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələri, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisəsinin, tütün emalı müəssisəsinin və quru tütün saxlanılması üçün anbarın, həmçinin otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB