İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 4 ünvanında Turan Günəşə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə istehsal edilən 527 kq "Güneş Kardeşlər" adlı rahat lukumun üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və həmin məhsulun gigiyenik sertifikatı olmadan istehsal edildiyi müəyyən edilib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, yoxlama zamanı müəssədə saxlama müddəti ötən 123,9 kq qənnadı məhsulları, üzərində istehsalçı müəssisə haqqında heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan 125 kq paxlava, rahat lukumun qablaşdırılmasında istifadə edilən və üzərində yararlılıq müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilib 2500 ədəd qablaşdırma materialları aşkar edilib.
Aşkar olunan qanun pozuntuları ilə əlaqədar, rahat lukumun istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən istehsal edilən bu malların ticarət şəbəkəsindən geri yığılması, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilən müddətdən artıq göstərilibqablaşdırma materiallarından istifadənin dayandırılması, habelə mənşəyi bəlli olmayan paxlavanın, saxta rahat lukumun və saxlama müddəti ötən qənnadı məhsullarının qanunvericilikdə nəzərdə tutulan qaydada məhv edilməsi barədə Turan Günəşə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB