"Uğurlarımızın kökündə Prezidentin uğurlu siyasəti dayanır" AÇIQLAMA
“Ölkə başçısının namizədliyinin verilməsi diqqətəlayiq haldır. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişaf edib və böyük layihələrə imza atılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, bu uğurların nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda lider ölkədir: “Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edib. Xalq bu inkişafı gündəlik həyatında açıq şəkildə hiss edir. Artıq hamıya bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır. Dünya ölkələri arasında Azərbaycan 35-ci yerdə qərarlaşıb. Bu uğurların başında ölkə Prezidentinin apardığı uğurlu siyasət dayanır. Hər birimiz bu siyasəti çox dəyərləndiririk. Bütün bunlar bir daha göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Sosial sahədə əldə edilən uğurlar, xalqın ildən-ilə yüksələn rifahı dövlətimizin başçısının uzaqgörən siyasətini əyani olaraq bir daha təsdiq edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB