Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99,4 faizinin məhsulu toplanıb və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 1983,8 min ton məhsul götürülüb..Orta hesabla hər hektarın məhsuldarlığı 20,6 sentner olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 1-nə kimi tarlalardan 928,1 min ton kartof, 1104,7 min ton tərəvəz, 416,0 min ton meyvə və giləmeyvə, 428,3 min ton bostan məhsulları, 79,8 min ton üzüm, 12,1 min ton pambıq, 468,5 ton yaşıl çay yarpağı, 2537,4 ton tütün toplanıb.
İri buynuzlu mal-qaranın baş sayı 2616,4 min başa, qoyun və keçilərin baş sayı isə 8458,5 min başa çatıb, bu dövrdə 241,8 min ton diri çəkidə ət, 1157,5 min ton süd, 903,1 milyon ədəd yumurta, 14,8 min ton yun istehsal olub. Beləliklə, dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı ötən ilki səviyyədən 9,2 faiz aşağı, heyvandarlıq məhsulları istehsalı 6,2 faiz yüksək olmuş, nəticədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz azalıb.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 487,8 min hektar sahənin torpağını şumlamış, 19,0 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB