Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.
Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən binanın girişindəki mağazada yanğın olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı və 3 azyaşlı tüstüdən zəhərlənib.
Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB