Əhməd Məsud: Orta Şərq iqtisadiyyatı yaxın 2 ildə iki qat inkişaf edəcək"
Beynəlxalq Valyuta Fondu Orta Şərq iqtisadiyyatının yaxın iki ildə 2009-cu ilə nisbətən iki qat daha çox böyüyəcəyini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Orta Asiya üzrə direktoru Əhməd Məsud bildirib. O, əlavə edib ki, artım müşahidə olunmasına baxmayaraq məşğulluq yaratmaq üçün daha çox səy göstərmək lazımdır: "Orta Şərq iqtisadiyyatı keçən il neft gəlirlərinin azalması və qlobal iqtisadi böhran səbəbilə 2,3 faiz böyümüşdü. Yüksək neft qiymətləri, o cümlədən hökumətlərin qlobal böhranın təsirlərini azaltmaq üçün hazırladıqları layihələr hesabına Orta Şərq iqtisadiyyatı böyümə imkanlarına sahib olub".
Hesabatda xüsusilə gənc əhaliyə və xroniki işsizliyə sahib olan Misir, İordaniya və Suriya kimi ölkələrdə məşğulluğun yaradılmasına dəstək olunmasının vacibliyi qeyd olunub. Əhməd Məsud onu da qeyd edib ki, bölgənin, gəlirləri daha çox turizm, ticarət və işçi kurslarına bağlı olan neft idxalatçısı yoxsul ölkələrdir. Bu ölkələrin iqtisadiyyatının bu il 5% böyüyəcəyi də hesabatda qeyd edilib. Hesabatda sözügedən ölkələrdə məşğulluğu təmin etmək üçün iqtisadiyyatın gələcək 10 ildə ən azı 6,5% böyüməsinə ehtiyac olduğuna diqqət çəkilib.
Qeyd edək ki, hesabat neft ixracatçısı Bahreyn, İran, İraq, Küveyt, Libya, Qatar, Səudiyyə ərəbistanı, Əfqanistan, Misir, İordaniya, Livan və s kimi ölkələri də əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB