Azərbaycan əlifbası hərflərinin kompüter klaviaturasında düzüm standartları məsələsi müzakirə olunub
Rabitə və informasiya texnologiyaları nazirinin müavini, Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin sədri Elmir Vəlizadənin rəhbərliyi ilə komitənin növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasın gündəliyindəki ilk məsələ informasiya təhlükəsizliyi sahəsində ISO/IEC 27001:2005, ISO/IEC 27005:2008, ISO/IEC 11770-1:1996 və ISO/IEC TR 18044:2004 beynəlxalq standartlarına əsasən hazırlanmış 4 milli standartın qəbul edilməsi olub.
Standartlara komitənin əvvəlki iclasında ətraflı baxıldığı və onların aidiyyəti qurumlarla razılaşdırıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. E. Vəlizadənin təklifi ilə standartlar səsverməyə çıxarılaraq qəbul edilib və dövlət qeydiyyatına alınmaq üçün Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunması qərara alınıb.
Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev Texniki Komitənin 2010-cu il üçün İş Planına uyğun olaraq hazırlanan milli terminoloji standartlar barədə məlumat verib. Müzakirəyə çıxarılan standartların İT terminologiya üzrə ISO/IEC 2382 standartının 7, 28 və 34-cü hissələrinə əsaslandığı və hazırda ekspertlər tərəfindən uyğunluğun yoxlanılması işlərinin həyata keçirildiyi bildirilib. İclas iştirakçıları terminoloji standartların layihələri ətrafında geniş fikir mübadiləsi aparıblar.
İclasda Azərbaycan əlifbası hərflərinin kompüter klaviaturasında düzüm standartları və Texniki Komitənin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB