"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə SİA-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə “Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB