Neftin qiymətində artım müşahidə olunub. SİA-nın məlumatına görə, Nyu-York əmtəə birjası NYMEX-də Light Sweet Crude Oil markalı neftin noyabr fyuçerslərinə olan qiyməti 1,13 dollar artaraq 1 barelə görə 81,69 dollar olaraq müəyyənləşib. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti 1,13 dollar yüksələrək 82,96 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB