"Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb" AÇIQLAMA

"Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb" AÇIQLAMA

“2004-2017-ci illərdə Azərbaycan böyük inkişaf yolu keçib, bütün sahələrdə ciddi uğurlara imza atılıb. Bununla bağlı keçirilən konfransında çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu ötən illlər ərzində regionlarımızın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərin hesabatı idi: “Bu hesabat üzərində yenidən qarşıdakı illər də hədəflər müəyyənləşdirildi və bu bir daha göstərdi ki ötən illər ərzində nə qədər böyük və əzəmətli işlər görülüb. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram Azərbaycan regionlarında dönüş yaratdı və bölgələrin sürətli inkişafını təmin etdi. Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Azərbaycanda təhlükəsizlik, sabitlik təmin edilib. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizdə çox böyük işlər görülüb və bu işlər dayanmadan davam edəcək”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə