Beynəlxalq Valyuta Fondunun strukturunda islahatlar aparılacaq

Beynəlxalq Valyuta Fondunun strukturunda islahatlar aparılacaq

Dünyanın aparıcı ölkələri G-20 maliyyə nazirləri toplantısında Beynəlxalq Valyuta Fondunun strukturunda islahatların aparılmasına dair razılıq əldə olunub. SİA-nın məıumatına görə, G-20-nin maliyyə nazirləri Fondun İcra Şurasında iki yerin inkişafda olan ölkələrə verilməsi barədə qərar qəbul ediblər.

Fondun rəhbəri Dominik Stross-Kan bu qərarı artıq Fondun tarixində ən mühüm islahat adlandırıb.

Şuranın üzvlərinin sayı dəyişməz qalaraq 24 təşkil edəcək və inkişafda olan ölkələrə verilən iki yer Avropa dövlətinin hesabına həyata keçiriləcək.

Qeyd edək ki, G-20-nin maliyyə nazirlərinin görüşü Cənubi Koreyanın Kencu şəhərində keçirilib və noyabr ayında Seulda baş tutacaq G-20-nin dövlət və hökumət başçılarının sammitinə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə