Bu gün Bakıda "Təhlükəsiz qida ilə ixraca dəstək" devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
SİA-nın məlumatına görə, tədbir İqtisadiyyat Nazirlinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların bəzən standartı və keyfiyyəti digər ölkələrin standartlarına uyğun olmadığı üçün idxalı məhdudlaşdırılır. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti bu problemləri aradan qaldıracaq: “Artıq AZPROMO ilə Qida Təhlükəsizliyi Agentliyi arasında geniş əməkdaşlıq proqramları mövcuddur. Tərəflər sıx əməkdaşlıq edir və görüşlər keçirirlər”.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, hazırda agentliyin maddi texniki bazası yaradılır və strukturu formalaşdırılır. “Bununla bağlı müxtəlif nazirliklərlə iş aparılır. Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun olmadığı üçün bəzi mövcud qanunlara uyğun olaraq uyğunlaşdırmalar aparmalıdırlar. Bir neçə aya hüquqi baza yaradıldıqdan sonra agentlik tam olaraq işə başlayacaq”, - deyə Q.Təhməzli qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB