“Şahdəniz-2” ilə bağlı "layihənin reallaşdırılması ilə illik qaz hasilatı yataqda 9 mlrd kubmetrdən 25 mlrda qədər artacaq” kimi ifadələrin bir qədər dəqiqliyinə ehtiyac var. Artıq 5-ci ildir ki, Şahdəniz-1 layihəsi üzrə illik hasilat 10 mlrd m3 ətrafındadır. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, 2016-cı ildə 10,7 mlrd m3 olmaqla indiyə qədər hasilatda ən yüksək nəticə əldə edilib. Cari il üçün isə rekord hasilat proqnoz edilir -11 mlrd m3. Təqribən 2027-ci ilə qədər Şahdəniz-1 layihəsi çərçivəsində orta hasilat göstəriciləri 10 mlrd m3-dən az olmaması planlaşdırılır. Şahdəniz-2 layihəsi üzrə 16 mlrd m3 stabil qaz hasilatının əldə edilməsi isə 2021-ci ildən nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. İndiyədək “Şahdəniz” yatağından təxminən 88,5 mlrd. kubmetr qaz, təqribən 22 mln. ton kondensat çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB