DGK illik büdcə üzrə müəyyənləşdirilən proqnozu artıqlaması ilə yerinə yetirib TƏDBİR
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) gömrük əməkdaşlarının peşə bayramı günü münasibəti ilə bağlı 2017-ci ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
SİA-nın məlumatına görə, kollegiya iclasına DGK sədri Aydın Əliyevin gömrük xidməti orqanı əməkdaşlarını təbrik etməsi ilə start verilib.
Kollegiya iclasında çıxış edən DGK sədrinin müavini Səfər Mehdiyev bildirib ki, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib. 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub: “Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr dövriyyədən çıxarılıb. 2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər barəsində müvafiq tədbirlər görülüb. 2017-ci ildə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təkmilləşdirilməsi, gömrük işi sahəsində fəaliyyətin qiymətləndirilməsi, innovasiya layihələrinin tətbiqi, elektron gömrük xidmətlərinin təşkili və s. sahələrdə müvafiq işlər görülüb.
Sonra Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Aksiz Gömrük Baş İdarəsinin sədri Ehtiram Xəlilov və digər idarə rəisləri çıxış edərək ötən il görülən işlər və həyata keçirilən tədbirlər barəsində məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB