“Prezident hər il qarşıda duran mühüm vəzifələri müəyyən edir” AÇIQLAMA

“Prezident hər il qarşıda duran mühüm vəzifələri müəyyən edir” AÇIQLAMA

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" artıq 14-cü ildir ki həyata keçirilir. Bu illər ərzində regionların həm sosial, həm də iqtisadi həyatında mühüm yeniliklər baş verib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, qaz, elektrik, yol infrastrukturunun zəif inkişafı ucbatından xeyli əziyyət çəkən regionlarda bu problemlər sürətlə həllini tapmış və infrastrukturun daha da yaxşılaşması üçün işlər durmadan aparılır: “Azərbaycan Prezidenti 2017-ci ildə öz ehtiyat fondunun 80%-ə yaxınını məhz regionların inkişafına sərf etmişdir. Regionlarda iqtisadi cəhətdən ciddi layihələr həyata keçirilir. Sənayeləşmə, kənd təsərrüfatı məhsulları becərilməsi və istehsalının artırılması regionların iqtisadi çəkisini də durmadan artırır. Hər il Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda ölkə başçısı qarşıda duran mühüm vəzifələri müəyyən edir və onların icrası üçün müvafiq tapşırıqlar verir”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə