"Holcim səhmdarlarını yığıncağa çağırdı

"Holcim səhmdarlarını yığıncağa çağırdı

15 Mart 2018-ci il tarixində "Holcim (Azərbaycan)" ASC səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə Cəmiyyətin Müşahidə Şurasının üzvliyində dəyişikliyin təsdiq edilməsi, Nizamnaməyə edilmiş dəyişikliyin təsdiq edilməsi və 2017-ci ilin maliyyə nəticələrinə dair illik hesabatın təsdiq edilməsi daxildir.

Yığıncaq "Hyatt Regency" hotelinin "Quba" zalında keçiriləcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə