Yanvarın 25-də "Qış məktəbi" təqaüd proqramı üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq fakultəsinin 3-cü kurs tələbələri iştirak edib.
SİA-nın məlumatına görə, təlim prosesində ÜGT-nin Asiya və Sakit Okean regionu üzrə ofisinin proqram meneceri, doktor Tonq Hua tələbələr qarşısında "Gömrüyün qlobal perspektivləri və gömrük tədris müəssisələrinin standart müqayisəsi" mövzusunda mühazirə ilə çıxış edərək onları maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin "Qış məktəbi" təqaüd proqramı üzrə keçirilən təlimlər bu qurumun Bakı Regional Ofisi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Təlimlərdə ölkəmizin ali təhsil ocaqları ilə yanaşı Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin tələbələri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB