Azərbaycan 45 min tona yaxın şəkər idxal edib

Azərbaycan 45 min tona yaxın şəkər idxal edib

2017-ci ildə Ukrayna Azərbaycana 44,9 min ton şəkər ixrac edib. Azərbaycan Ukraynanın şəkər ixrac etdiyi ölkələrin siyahısında üçüncüdür.

Belə ki, 2017-ci təqvim ilində Ukrayna ümumilikdə 279,9 mln. ABŞ dolları dəyərində 598,7 min ton şəkər ixrac edib ki, bu da daha bir il əvvəlki göstəriciləri ilə müqayisədə 29% çoxdur. 2016-cı il ərzində bu həcm 465,6 min ton təşkil edib.

Ötən ilin nəticələrinə görə, Ukrayna Şri-Lankaya 69,01 min ton, Türkiyəyə 49,1 min ton, Sudana 40 min ton, Liviyaya 39,9 min ton, Kot Divuara isə 34,5 min ton şəkər ixrac edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə