Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün seminar keçirilib
Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin inzibati binasında "Konteynerlərə gömrük baxışı" və "Gömrük işində risklərin idarə olunması: beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib.
SİA-nın məlumatına görə, seminarda ekspert qismində Ukrayna Gömrük İşi və Maliyyə Universitetinin rektor əvəzi Yevgeni Qarmaş çıxış edib.
Beynəlxalq ticarət zəncirində yükdaşımaların əsas hissəsinin konteynerlər vasitəsilə həyata keçirildiyini bildirən Yevgeni Qarmaş qaçaqmalçıların da öz niyyətlərini həyata keçirmək üçün konteynerlərdən geniş şəkildə istifadə etdiyini diqqətə çatdırıb.
Ukraynalı elm adamı konteynerlərin quruluşu, qaçaqmalçılıq predmetlərinin gizlədildiyi hissələr, gizlədilmə üsulları, konteynerlərə mümkün müdaxilə yolları və onların müəyyən edilməsi, konteynerlərin plomblanması, plombların növləri, plombların saxtalaşdırılması, gömrük baxışının keçirilməsi və mövzu ilə bağlı digər məsələlər barədə iştirakçıları məlumatlandırıb.
Bir günlük seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrinin əməkdaşları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB