"Forum ölkəmizə yeni investisyaların cəlb edilməsinə şərait yaradacaq" AÇIQLAMA
“Dünya İqtisadi Forumu Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu İqtisadi Forumda 100-dən çox ölkə və 3000-dən çox nümayəndə iştirak edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, belə mötəbər bir tədbir Azərbaycana öz iqtisadi potensialını təqdim etməyə imkan verir: “Forumun 2017-ci ilin hesabatında Azərbaycan iqtisadiyyatı möhkəmlənib, 37-dən 35-ci pilləyə yüksəlib. Dünyada böyük investorlar üçün sərmayələr qoymağa rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkələr maraqlıdır. Azərbaycan da məhz belə ölkələrdəndir.
Bu iqtisadi forumda Prezident ikitərəfli görüşlərdə və gözlənilən çıxışında Azərbaycanın iqtisadi potensialı və perespektivləri ətrafında fikirlərini bildirəcək. Bu da ölkəmizə yeni investisyaların cəlb edilməsinə şərait yaradacaqdır. Həm də Davos İqtisadi Forumu torpaqlarımızın erməni işğalı altında qalması və dünyanı ədalətli mövqeyə dəvət edilməsi üçün gözəl tirbunadır. Bu ilki forumda “Parçalanmış dünyada ümümi gələcəyin yaradılması” mövzusu ətrafında müzakirələr aparılacağı planlaşdırıldığından ölkəmiz üçün daha maraqlıdır. Çünki, bu gün ki dünyada terrordan əziyyət çəkən ölkələrdən birisi də bizik və dünyanın terrora qarşı ümumi mübarizənin aparılmasını, sabit, təhlükəsiz mühütin və ümumi gələcəyin yaradılmasını istəyənlərdən biri də Azərbaycandır.
Ümumiyyətlə götürüləndə Dünya İqtisadi Forumunun ölkəmiz üçün iqtisadi, siyasi və dünyada daha da yaxşı tanıdılması baxımından böyük əhəmiyyəti vardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB