Azərbaycan III pillədə qərarlaşıb

Azərbaycan inklüziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdə qərarlaşıb. SİA Dünya İqtisadi Forumunun “İnklüziv inkişaf indeksi – 2018” adlı hesabatına istindən xəbər verir ki, ölkəmiz 4,69 balla yalnız Litva (4,86) və Macarıstandan (4,74) geri qalır.

Qeyd edək ki, hesabatda inkişaf etmiş (İEÖ) və inkişaf etməkdə olan ölkələrin (İEOÖ) adları yer alıb. İnkişaf etmiş ölkələr sırasında iqtisadiyyatın inklüzivliyinə görə Norveç 6,08 balla 1-ci, İslandiya 6,07 balla 2-ci, Lüksemburq 6,07 balla 3-cü pillədə qərarlaşıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə