Ekoloji layihələrin həyata keçirilməsi üçün Heydər Əliyev adına BNEZ-də işçi qrupu yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan olunması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində, o cümlədən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ekoloji layihələrin geniş vüsət almasına təkan verib. Bu məqsədlə Heydər Əliyev adına BNEZ-də xüsusi komissiya yaradılıb, "Ekoloji mühitin yaxşılaşdırılması üzrə Tədbirlər Planı" hazırlanıb.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlər planında texnoloji proseslər nəticəsində atılan tullantı sularının tərkibindəki neft məhsullarının miqdarının minimuma endirilməsi məsələsinə xüsusi önəm verilir. Çirkab sulardan neft məhsullarının tutulması bir neçə mərhələdən keçir. Əvvəlcə, həmin çirkab sular mexaniki və bioloji təmizlənmədən keçirilir. Sənaye axarı 9 nömrəli sexin neft tutucularına daxil olur və orada neft məhsulları sudan ayrılır. Dövri suların bir hissəsi zavodun texnoloji qurğularının soyutma sisteminə, digər hissəsi isə əlavə olaraq təmizlənmək üçün "Ekol" Mühəndislik Xidmətləri QSC-yə verilir. Həmin müəssisənin neft ayırıcıları, purudları, flatatorlarından keçən sənaye axarından neft məhsulları ayrılaraq təkrar emala qaytarılır və təmizlənmiş suda karbohidrogenlərin miqdarı norma daxilində olmaqla 9 nömrəli sexin bioloji təmizləmə qurğularına ötürülür. Bu qurğularda sənaye və məişət-təsərrüfat sularının qarışığı karbohidrogenlərdən təmizlənərək aerotenklər və çökdürücülərə daxil olur və burada xüsusi "Eyxorniya" adlı bitki vasitəsilə yenidən karbohidrogenlər lil və mexaniki qarışıqlardan təmizlənib zavodun texnoloji qurğularına qaytarılır. Qalan hissə isə təyinatı üzrə axıdılır.
Qeyd etmək lazımdır ki, "Eyxoniya" bitkisinin kökləri suda olan çirkab vasitəsilə qidalandığından suyu təmizləyir. Bu üsul Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyev adına BNEZ-də tətbiq olunub. Bu yaxınlarda zavodda bu cür ekoloji tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə aparılan yenidənqurma işləri mövcud avadanlıqların təmiri və yenilərinin alınması zərurətini aradan qaldırır, qurğularda texnoloji rejimin lazımi səviyyədə saxlanılmasına şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB