Azərbaycan və Avstriya arasında qarışıq komissiyanın VI iclasının yekunlarına dair protokol imzalanıb - Tədbir

Azərbaycan və Avstriya arasında qarışıq komissiyanın VI iclasının yekunlarına dair protokol imzalanıb - Tədbir
Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın altıncı iclasının yekunlarına dair protokol imzalanıb. SİA-nın xəbərinə görə, protokolu Azərbaycan tərəfdən Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriya tərəfındən Avstriya Respublikasmın iqtisadiyyat, ailə və gənclər nazirinin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya üzrə müavini Yozef Mayer imzalayıb. Protokol Azərbaycan və ingilis dillərində olmaqla iki əsl nüsxədə olub.

Protokol ikitərəfli iqtisadi münasibətlərin vəziyyəti və inkişafı, ikitərəfli əməkdaşlıq sahələri-sənaye və energetika, ətraf mühit texnologiyaları və təbiətin mühafizəsi, kənd təsərrüfatı, turizm, tikinti işləri, tibb texnikası və baytarlıq işi, maliyyə və bank işi, rabitə və informasiya texnologiyaları, gənclər və idman sahələrini əhatə edir.

İmzalanma mərasimindən sonra jurnalistlərə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu iclasın keçirilməsi və protokolun imzalanmasında məqsəd Azərbaycan-Avstriya münasibətlərinin inkişafı, birgə səfərlərin həyata keçirilməsi, səfirliklərin açılması, bu inkişaf üçün hüquqi bazanın yaradılmasıdır: "Müzakirələr zamanı məlum oldu ki, son zamanlar Avstriya şirkətləri Azərbaycan bazarlarında daha çox aktivdirlər, həmçinin Avstriya Azərbaycanın energetika sahəsində inkişafını və onun Azərbaycanın Avropanın enerji təhlkəsizliyində rolunun gücləndirilməsini və kənd təsərrüfatında texnoloji inkişafda olan əlaqələri daha çox qiymətləndirir. İclas çərçivəsində qərara alınıb ki, Avstriya şirkətlərinin Azərbaycan bazarında aktiv olması ilə bərabər, Azərbaycan şirkətlərinin də Avstriya bazarlarında yer tutması genişləndirilsin. Bundan əlavə, Azərbaycanın Avropa Birliyi bazarlarında yer tutmasında Avstriya şirkətləri ilə birgə əməkdaşlığı, Avropa Birliyi ilə əməkdaşlığı, həmçinin Azərbaycanın ÜTT-də üzvlüyünün sürətləndirilməsində Avstriyanın yardımını müzakirə etdik. İclasın sonunda iki ölkə arasında biznes forumun keçirilməsi və Qarşıq Komissiyanın 7-ci iclasının Avstriyada keçirilməsi qərar alındı".

Bütün xəbərlər Facebook səhifəmizdə