Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub
Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub.
SİA xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirilib ki, 2015-ci ildə gömrük orqanları barədə 2500 şikayət daxil olubsa, 2016-cı ildə bu rəqəm 2300-dən bir az çox olub. Ötən il isə şikayətlərin sayında 1600 azalma olub və şikayətlərin sayı 700-dən aşağı olub.
A.Əliyev qeyd edib ki, şikayətlərin 95 faizi fiziki şəxslər tərəfindən daxil olub. Şikayətlər gömrük sərhədindən keçərkən aksiz mallarla bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB