Noyabrda ölkəyə 395 baş damazlıq heyvanın gətirilməsi planlaşdırılır

Noyabrda ölkəyə 395 baş damazlıq heyvanın gətirilməsi planlaşdırılır
"Cins inəklərin ölkəmizə gətirilməsi prosesi artıq tam bərpa olunub. 395 baş heyvan qalıb ki, onların da noyabrda gətirilməsi planlaşdırılır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. O bildirib ki, heyvanların Azərbaycana gətirilməsi və onların adaptasiya olunması ən önəmli məsələlərdən biridir. Heyvanların müəyyən hisssəsinin ölkəyə gətirildiyini deyən B.Əliyev onların növbəti hissəsinin noyabrda gətiriləcəyini vurğulayıb.

"Heyvanların Azərbaycana gətirilməsi çox vacib məsələdir. Burada əsas işimiz heyvanların cins tərkibini yaxşılaşdırmaqla ət və süd məhsullarına olan təlabatı ödəməkdir. Heyvanları gətirərkən öncədən onların harada yerləşdirilməsi nəzərə alınır. Təbii ki, heyvanlar şimaldan gətirilsə, onlar cənubda adaptasiya oluna bilməz. Onların gətirilməsi noyabr-dekabr ayında planlaşdırırlır. Əgər cənubdan gətirilirsə, aprel-may ayında nəzərdə tutulur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə