Nazir müavini: “Bu gün ölkədə kifayət qədər buğda və taxıl ehtiyatı var və Azərbaycan sərt qış fəslinə hazırdır” - AÇIQLAMA
Bu gün ölkədə kifayət qədər buğda və taxıl ehtiyatı var və Azərbaycan sərt qış fəslinə hazırdır. Bu barədə SİA-ya kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. Hər bir məhsulun əkilmə vaxtının olduğunu deyən nazir müavini bildirib ki, taxıl məhsullarının əkini regionlardan asılı olaraq sentyabrın 25-dən başlayır və noyabrın 25-də başa çatır. Onun sözlərinə göər, bu əkin dövründə bütün tədbirlər yerinə yetirilməlidir, əgər yerinə yetirilməzsə, haradasa məhsuldarlığı itirə bilərik.
"Ona görə də indidən müvafiq tədbirlər həyata keçirilir. Düşünmürəm ki, qış fəslində nəsə problemlər ola bilər. Sərt qış fəslinin keçməsi isə iqlim dəyişikliyi ilə əlaqədardır. Əgər yay fəsli isti keçirsə, qış fəsli də sərt keçməlidir. Ona görə də kənd təsərrüfatı işçiləri hər zaman hazırdır ki, gələcəkdə insanların kənd təsərrüfatı məhsullarına olan tələbatı tam ödənsin. Bu sahədə çox mühüm işlər görülür. Hazırda kənd təsərrüfatı nazirliyinin bütün işçiləri tam səfərbərliyə alınıb və bu perioadda məqsədlər proqram əsasında həyata keçirilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB