“Darvin bankası” sutkada 7 ton neft hasil ediləcək

“Darvin bankası” sutkada 7 ton neft hasil ediləcək
Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi "Darvin bankası" yatağındakı 660-cı özüldən 659 nömrəli quyuda qazma işlərini davam etdirir. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1530 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada təxminən 7 ton neft hasil ediləcək. Quyu "Abşeronneft" NQÇİ-nin sifarişi ilə qazılır.

Bütün xəbərlər Facebook səhifəmizdə