“Gazprom” “Türk axını” layihəsinə 3,2 milyard dollar xərcləyəcək

“Gazprom” “Türk axını” layihəsinə 3,2 milyard dollar xərcləyəcək

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti cari ildə “Türk axını” qaz boru kəməri (“Turkish Stream”) layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək. Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, bu il “Gazprom”un “Türk axını” layihəsinə sərf edəcəyi vəsait 2017-ci illə müqayisədə 89,6 faiz artaraq 182,4 milyard rubl (təxminən 3,2 milyard dollar) olacaq. Şirkət ötən il layihəyə 92,8 milyard rubl xərcləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə