2019-cu ildə əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub AÇIQLAMA
“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, bu il hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq və hasilatın belə olması isə normaldır. Ona görə ki, hasilat olan istənilən quyuda sürətli iş aparmaq olmur. Hasilat sənayesinde nefti də, qazı da yavaş çıxarırlar ki, qurğularin stabil, təhlükəsiz ve dayanıqlı işlənməsi dövrünə problemsiz qədəm qoya bilsinlər. Bu isə müəyyən zaman tələb edir. Əvvəlcə hasilat bir quyudan başlayır, sonra ikinci quyu, daha sonra üçüncü quyu ve sair istismara verilir, yəni bütün dünyada bu belədir.
Ancaq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub.
Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB