“Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında və Şərqdə ilk demokratik dövlət olub. Bu şərəfli bir tarixdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, azərbaycanlıların belə bir tarix yazması xalqımızın daim müstəqillik və mübarizlik ruhundan irəli gəlirdi: “23 ay ömür sürən bu Cümhuriyyət daim insanların könlündə yaşadı.
Məhz bu ruhla AXC-nin üç rəngli bayrağı ilk dəfə Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən rəsmən qəbul edildi. Azərbaycan Respublikası AXC-nin hüquqi varisi sayılır. Prezident İlham Əliyev hər zaman AXC-nin tarixinin öyrənilməsinə və Cümhuriyyətin xatirəsinin yaşadılmasına xüsusi önəm verib. Bakıda İstiqlal Bəyannaməsi xatirə heykəli ucaldılıb. Bu il AXC-nin elan olunmasından 100 il ötür. Cənab Prezidentin 2018-ci ili AXC ili elan etməsi bir daha onun AXC tarixinə və dəyərlərinə dərin ehtiramının göstəricisidir. Bu həm də hər birimiz üçün Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək vəzifəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB