Bitcoin bu il 2-3 dəfə bahalaşacaq PROQNOZ

Bitcoin bu il 2-3 dəfə bahalaşacaq PROQNOZ

Qlobal bazarda "Bitcoin"in qiyməti 2018-ci ildə cari səviyyədən 2 və hətta 3 dəfə arta bilər. Bu proqnozla "Fundstrat Golab Advisors" konsaltinq şirkətinin təsisçilərindən biri və rəhbəri Tom Li (Tom Lee) çıxış edib.

Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında "Bitcoin"in 10 000 dollar həddini ötəcəyini və gəlirliliyinə görə fond birjalarını üstələyəcəyini demişdir. "Bitcoin"in qiyməti 20 000 dollar - tarixi rekord həddə yüksələndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi geriləməsinə baxmayaraq, ekspert rəqəmsal valyutanın gələcəyinə ümidlə baxdığını açıqlayıb.

CNBC telekanalına müsahibəsində T.Li bildirib ki, ""Bitcoin" asanlıqla S&P-ni üstələyəcək. Uzunmüddətli perspektivdə kriptovalyutanı yığım və kapitalın saxlanma aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək".

"Əgər "Bitcoin" qızılın bazar payının 5%-ni əldə edə bilsə, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət səviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətlə bahalaşacaq", - deyə analitik qeyd edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə