Fındığın istehsalı kəskin artıb

Ötən il Zaqatala rayonunun fındıq bağlarından 13 min 421 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2016-cı illə müqayisədə 50 faizdən çox və ya 4 min 511 ton artıb. Bağ sahibləri hər hektardan orta hesabla 14 sentner məhsul götürüblər. 2016-cı ildə isə hektardan orta məhsuldarlıq 9,9 sentner təşkil edib.

Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə 2017-ci ildə Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilib və 1732 hektar sahədə yeni bağlar salınıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə