Bitkoin ucuzlaşdı

Bitkoinin dəyəri günlük 5,71% ucuzlaşaraq 15, 791.0 dollara düşüb.

Kriptovalyutanın bazar dəyəri də azalaraq, ötən həftənin sonuna olan 285 milyard dollardan 266,90 milyard dollara enib. Bununla belə, bitkoin həftəlik 14,58% dəyər qazanıb.

Ethereumun məzənnəsi isə həftəlik 60% dəyər qazanaraq 1,204.1 dollara yüksəlib. Bu kriptovalyutanın bazar dəyəri 118 milyard dollardır.

Virtual valyutalar arasında ən çox bahalaşma Tronda baş verib – həftəlik 271,70%. Tron hazırda 0.16715 dollar təşkil edir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə