Goranboy rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbulu baslandı

Goranboy rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbulu baslandı
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılan, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:br>
- intensiv bağçılığın inkişafı, faraş tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsi, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin yaradılması;
- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə