Bitkoin 17 min dollara yaxınlaşdı

Bitkoinin dəyəri günlük 10,79 % bahalaşaraq 16, 463.0 dollar təşkil edib.

SİA xəbər verir ki, kriptovalyutanın bazar dəyəri 285 milyard dollara yüksəlib. Bitkoin həftəlik olaraq 22, 44 % dəyər qazanıb.

Ethereumun məzənnəsi isə 989 dollara yüksəlib. Bu kriptovalyutada bahalaşma 41,10 % olub.

Virtual valyutalar arasında ən çox bahalaşma Tronda baş verib - 429,38%. Tron hazırda 0.17385 dollar təşkil edir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə