Cənubi Koreya ölkə əhalisini “qiqabitlik” internetlə təmin etməyi planlaşdırır

Cənubi Koreya ölkə əhalisini “qiqabitlik” internetlə təmin etməyi planlaşdırır
Cənubi Koreya hökuməti 2012-ci ilə kimi ölkənin bütün internet istifadəçilərini saniyədə bir qiqabit keçirtmə sürətli kanallar vasitəsilə Şəbəkəyə qoşmaq niyyətindədir. SİA-nın xəbərinə görə, hazırda Koreya hakimiyyəti və bu sahənin nümayəndələri arasında fəal danışıqlar aparılır. 1 Qb/s sürətli internetin təmin olunması üçün ölkəyə 30 milyard ABŞ dollarından yuxarı vəsait lazım olacaq.

Xatırladaq ki, hazırda Cənubi Koreya internetə orta qoşulma sürəti ən yüksək olan ölkədir. Orta statistik koreyalı istifadəçi Şəbəkəyə saniyədə 12 meqabit sürətli kanal vasitəsilə qoşulur.

Hazırda Böyük Britaniya və bəzi digər Avropa ölkələrində Şəbəkəyə minimal qoşulma sürətinin təyin olunması müzakirə olunur. 2010-cu ilin mart ayında isə ABŞ-da bütün ölkə əhalisinin 100 Mb/s sürətli internetlə təmin olunmasını nəzərdə tutan plan hazırlanıb. Bu zaman müvafiq infrastrukturun yaradılması Ştatlara 350 milyard dollara başa gələ bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə