Fəqan Əliyev: "Azərbaycandakı kiçik çaylardan enerji istehsalı nəzərdə tutulub"
Bildiyimiz kimi artıq ölkəmizdə Bərpa olunan və Alternativ Enerji Mənbələri Agentliyi yaradılıb. Bu Agentlik işinə olduqca fəal başlayıb. Bu barədə SİA-ya müsahibəsində Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev deyib.
O bildirib ki, Azərbaycan bu sahədə yeni olsa da gələcəkdə uğurlar qazanmaq üçün böyük adımllar atır: "Kiçik çaylardan enerji istehsalı nəzərdə tutulub. Enerjidən əlavə bu layihə daşqınların qarşısının alınmasında da mühüm rol oynayacaqdır. Quraşdırılacaq su enerji istehsalı cihazları enerji təminatı həyata keçirəcək. Qeyd edim ki, Xaçmaz rayonunda gerçəkləşəcək hidroenerji layihəmiz var. Layihə keyfiyyət baxımından böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi br çox ölkələrdə bu kimi layihələr vasitəsilə enerji istehsal edilir. Sumqayıtda da günəş enerjisi layihəmiz var. Düşünürəm ki, layihələrimiz uğurlu alınacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB