2020-ci ilə qədər Azərbaycanda külək enerjisi stansiyalarının tikilməsi nəzərdə tutulub
Azərbaycanda külək enerjisi stansiyalarının yaradılması sahəsində tədqiqatlar gedir. Bu barədə SİA-ya açıqlamasında "Sədid sənaye qrupu"nun nümayəndəsi Vəliollah Mahabadi bildirib. O qeyd edib ki, Azərbaycanla alternativ enerji istehsalında birgə fəaliyyət görmək istəyirlər: "Bldiyimiz kimi 2020-ci ilə qədər Azərbaycanda külək enerjisi stansiyalarının tikilməsi nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, "Sədid sənaye qrupu" İranda yetərincə böyük işlərə imza atıb. Əlimizdə olan imkanlar bizim Azərbaycanda da bir çox işlər görməyə köməklik göstərəcəkdir. Hazırda hansısa bir stansiyanın qurulması haqqında bir qərar qəbul edilməyib. Qeyd edim ki, hələ bir qərarlar qəbul edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB