"Volkswagen Group Rus" şirkəti Rusiyada 26 mindən çox "Volkswagen" markalı avtomobili geri çağırıb. SİA-nın məlumatına görə, qərar yedəyə alma elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.
Geri çağırılma 2017-ci ildə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB