Noyabrın 23-dən 26-dək Bakı Ekspo Sərgi Mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı keçiriləcək. Tədbirin təşkilatçısından SİA-ya verilən xəbərə görə, hər il regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi "Beynəlxalq İKT həftəsi" şüarı altında keçiriləcək.
"İteca Caspian LLC" və "İTE Group PLC" şirkətləri tərəfindən təşkil olunacaq sərginin inkişafında sərgi və konfransa dəstək göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) müstəsna rol oynayır. Tədbir həmçinin bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya İttifaqı, İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqı və Regional Rabitə Birliyi kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir.
Sərgi Azərbaycan, İsrail, Çin Xalq Respublikası, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ da daxil olmaqla, dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcək. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaq. Ənənəvi olaraq, RİTN "BakuTel" çərçivəsində tərəfdaş şirkətlər ilə birgə "Xalq kompüteri", "Elektron imza" və "Elektron sənəd" kimi dövlət layihələri üzrə həyata keçirilən işlərin nəticələrini təqdim edəcək.
Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar, bu sərginin xüsusi mövzusu "İKT və qlobal iqlim dəyişikliyi" olacaqdır. Noyabrın 24-də keçiriləcək İKT konfransı da bu mövzuya həsr olunacaq. Konfransda aparıcı beynəlxalq və yerli İKT və telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edərək təcrübələrini bölüşəcək və qarşıda duran layihələrdən danışacaqlar. Sərgi çərçivəsində təşkilatçılar tərəfindən yeni İKT məhsulları, texnologiyalar və həll variantları nümayiş etdirən şirkətlərin iştirakı ilə "İnnovasiyalar ərazisi" proqramı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB