Fransız səlahiyyətlilər avqust ayından bu yana ölkədə ən az 35 uşağın salmonellaya yaxalandığı və körpələrdən 31-nə mikrobun aşkar edildiyi "Lactalis" müəssisələrində istehsal edilmiş süd tozu verildiyi açıqlanıb. Şirkət istehsalın dayandırıldığını və kompleksin təmizlənib dezinfeksiya edildiyini bildirib. Xəstələnən uşaqların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Süd məhsulları istehsalı sənayesinin nəhəngləri arasında yer alan Fransanın "Lactalis" şirkətinin məhsulları əsasən Çin, Pakistan və Britaniyada satılır. "Lactalis" Almaniyaya süd tozu göndərmədiyini, yalnız bu ölkədə üç ayrı marka altında pendir satdıqlarını açıqlayıb. Azərbaycan bazarında da "Lactalis" məhsulları satılır.
Qeyd edək ki, Fransada prokurorluq körpə südündə bağırsaq infeksiyası və ishala yol açan salmonella mikrobu təsbit edilmiş "Lactalis" şirkəti haqqında cinayət işi açaraq istintaqa başlayıb.
Fransanın ən böyük süd sənayesi şirkəti olan "Lactalis" insan sağlamlığına zərər vermək və istehlakçıları çaşdırmaqla günahlandırılır.
Fransada 30-dan çox uşağın xəstələnməsi ilə şirkət bütün dünyaya ixrac etdiyi minlərlə ton süd tozunu geri toplamaq məcburiyyətində qalıb.
İstintaqı aparan prokurorluq rəsmiləri "Lactalis"in salmonella təhlükəsi barədə ictimaiyyəti çox gec və yetərsiz məlumatlandırdığı şübhəsi üzərində dayanır.
Şirkət dekabrın ortalarında "Milumel", "Picot" və "Taranis" marka məhsullarını geri yığmışdı. Səhiyyə idarəsi isə 1 Dekabrda "Lactalis"i süd məhsullarına mikrob bulaşmış ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB