"Wall Street" iqtisadçıları, ABŞ Mərkəzi Bankının (FED) 2018-ci ildə cari proqnozlardan (3 dəfə) daha sürətlə hərəkət edərək 4 və ya 5 dəfə faiz artıra biləcəyini dilə gətirməyə başlayıblar.
"Moody's Analytics"in Baş iqtisadçısı Mark Zandi, "Vergi endirimlərinin iqtisadiyyata verdiyi təşviqi nəzərə aldıqda FED-in bu il 4 dəfə faiz artırmasının mümkün olduğunu hesab edir. İqtisadiyyata olan təşviq işsizlik nisbətini 4%-dən də aşağı salacaq və faizlərin daha sürətli şəkildə normallaşdırması (qaldırması) üçün FED-in üzərində çox təzyiq yaranacaqdır" deyə bildirib.
Səhm strateqləri, FED-in gözlənilməz şəkildə aqressiv davranmasının 2018-ci ildə səhmlər üçün ən böyük tərs küləklərdən biri olacağını qeyd edirlər. "CNBC/Moody's Analytics"in sorğusuna görə iqtisadçılar 2017-ci ilin 4-cü rübdə ABŞ iqtisadiyyatının 2,7 faiz artacağını gözləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB